Şuşada ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkət müəyyənləşib - MÜQAVİLƏNİN MƏBLƏĞİ
Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən xəbər görə, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə "CONCO" QSC ilə məbləği 14 milyon 687 min manat olan müqavilələr bağlanıb.
Birinci müqavilənin məbləği 7 milyon 5 min manatdır. Müqavilə Şuşa şəhəri, Cənub yaşayış zonası-11, Blok-01/Yaşayış evi-1/Blok-A(Yeraltı dayanacaq ilə birlikdə), Blok-01/Yaşayış evi-2/Blok-B, Blok-01/Yaşayış evi-3/Blok-C, Blok-01/Yaşayış evi-4/Blok-D yaşayış binalarının tikintisini nəzərdə tutur.
İkinci müqavilənin məbləği 7 milyon 682 min 144 manatdır. Bu müqavilə Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-02/Yaşayış evi-5/Blok-E(Yeraltı dayanacaq ilə birlikdə), Blok-02/Yaşayış evi-6/Blok-F, Blok-02/Yaşayış evi-8/Blok-H(Yeraltı avtomobil dayanacağı ilə), Blok-02/Yaşayış evi-9/Blok-İ yaşayış binalarının tikintisini nəzərdə tutur.
Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaqdır. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.
Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.
2015-ci ildə dövlət qeydiyyatına alınmış və 2000 manat nizamnamə kapitalı olan "CONCO" QSC-nin qanuni təmsilçisi İlham Şixseyidov Ağa oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev 81A, m.1/2/3-dür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























