Azərbaycanda “Sobranie” siqaretlərinin qıtlaşmasının səbəbi açıqlandı
“Sobranie” və JTİ şirkətinə məxsus siqaretlərin Azərbaycanda qıtlaşması istehsalı üçün tələb olunan xammalların logistikası sahəsində yaranmış çətinliklər ilə əlaqədardır.
Marja xəbər verir ki, bu barədə JTI Şirkətinin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, bir sıra saytlarda 21 iyun 2022-ci il tarixində “Ukrayna Azərbaycanı məhkəməyə verib” başlığı altında həqiqəti əks etdirməyən yazı dərc edilmişdir:
“Yazıda “Japan Tobacco İnternational” Ukrayna şirkəti kimi qələmə verilməklə yanaşı, şirkətə məxsus olan “Sobranie” siqaretlərinin istehsal patentinin ödənilməməsi ilə bağlı əsassız iddialar irəli sürülmüşdür.
Bundan əlavə,yazıda “Sobranie” brendinin ölkə üzrə əlçatanlığı ilə bağlı yaranmış müvəqqəti çətinlikləri bu proseslə əlaqələndirməyə cəhd edilmişdir.
Bununla bağlı bildirmək istərdik ki, “JTİ” Azərbaycan və “Tabaterra QSC” şirkətləri arasındakı əməkdaşlıq dayanıqlı, uzunmüddətli və qarşılıqlı inam modeli üzərində qurulub. İki şirkət arasındakı maliyyə münasibətlərinin tənzimlənməsi də bu modelin ən gözəl nümunəsidir. "JTİ" "Tabaterra" ilə əməkdaşlıq dövrü ərzində ödənişlərlə bağlı heç bir çətinlik yaşamamaqla yanaşı, partnyor şirkətə qarşı heç bir iddia da qaldırmamışdır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Sobranie” və JTİ şirkətinə məxsus digər brendlər lisenziya əsasında “Tabaterra QSC” şirkəti tərəfindən Azərbaycanda istehsal olunur və məhsullarımızın istehsalı üçün tələb olunan xammallar Ukraynadakı fabriklərimizdən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların Tabaterra fabrikinə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir.
Regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən brendlərimizin xammallarının təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir.
Partnyorumuz "Tabaterra" ilə birlikdə təchizat zəncirinin və istehsal prosesinin tam olaraq bərpa edilməsi üçün bütün gücümüzü səfərbər etmişik və yaxın zamanlarda ölkə üzrə JTİ brendlərinin təminatı ilə bağlı çətinlik tam olaraq aradan qaldırılacaqdır”,- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
2 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
8 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
9 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















