Amazon-un səhminin dəyəri rekord qırdı
Nyu-York birjasında əməliyyat görən Amazon-un səhmləri cümə gününü 987,71 dollardan bağlamasının ardından, dünən 3 faiz artaraq 1017,00 dollara qədər yüksəlib.
Beləliklə, şirkətin səhmləri tarixdə ikinci dəfə min dolların üzərinə çıxaraq yeni bir rekord qırıb, şirkətin bazar dəyəri də 498 milyard dollara çatıb.
"Marja" xəbər verir ki, şirkətin 1 səhminin dəyəri 30 Mayda ilk dəfə min dolların üzərinə qalxaraq 1001,20 dollar olmuşdu.
Mütəxəssislər, cümə günü Amazon-un ölkənin ən böyük qida sahəsində pərakəndə şəbəkələrindən olan "Whole Foods"u 13,7 milyard dollara satın alacağını bildirməsinə işarə edərək, \Amazon-un pərakəndə nəhəngi "Walmart"ı ərzaq sahəsində geridə qoya biləcəyini ifadə edirlər.
ABŞ-ın "Needham & Company" şirkətinin aprel ayında dərc etdiyi araşdırma hesabatına görə, 2016-da Amerikanın pərakəndə sektorunda 34 faiz payı olan Amazon-un sektordakı bazar payının 2021-ci ildə 50%-ə çıxacağı ehtimal edilir.
Apple, Google-ın baş təşkilatı Alphabet və Microsoft-dan sonra Amazon dünyanın ən dəyərli 4-üncü şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir

























