Azərbaycan Fintex Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyası arasında görüş keçirilib
Azərbaycan Fintex Assosiasiyasının (Azfina) üzvləri və Beynəlxalq Maliyyə Korporasiyası arasında görüş keçirilib.
Beynəlxalq Maliyyə Korporasiyasının proqram meneceri Zarina Odinaevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Fintex Assosiasiyasının üzvləri ilə görüşündə növbəti ildə birgə əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
Görüş çərçivəsində fintex ekosistemi sahəsində normativ hüquqi bazanın və tənzimləyici çərçivənin formalaşdırılması, mövcud infrastrukturun inkişafı və giriş imkanlarının təkmilləşdirilməsi, habelə innovativ həlləri təqdim etmək üçün bank olmayan ödəniş xidməti təchizatçılarının imkanlarının artırılması mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.
Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə ölkədə fəaliyyət göstərən fintex təşkilatların qarşılaşdıqları çətinliklər və onların potensial həll yolları ətraflı müzakirə edilərək ekosistemdə yaranacaq yeni potensial imkanlara toxunulmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























