Deputat: “Bizim ərzaq taxılı alınmasında problemlərimiz var, istehsalı artırmalıyıq”
“Zəngəzur dəhlizinin açılması dünyaya çox təhlükəsiz logistika xəttinin təqdim edilməsinə şərait yaradacaq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, ona görə də Qlobal Bakı Forumunun iştirakçıları bu dəhlizin açılmasına dəstək göstərməlidir:
“İkinci məsələ ərzaq böhranı ilə bağlıdır. Beynəlxalq təşkilatlar iddia edir ki, guya bunun qarşını almaq üçün vəsait ayırıb. Amma həmişə olduğu kimi, onların bu addımları da kifayət etmir. Çünki onların dedikləri, sadəcə, sənədlərdə qalmağa davam edir. Beynəlxalq təşkilatlar çox ləngdir, bu problemi operativ surətdə həll edə bilmir. Bu isə bütün ölkələrə 2 formada təsir göstərəcək: qıtlıq və qiymətlərin artması. Bizim ərzaq taxılı alınmasında problemlərimiz var. İdxalın şaxələndirilməsi lazımdır. Çünki biz taxılı, əsasən, Rusiyadan alırıq. İkincisi, ölkədə ərzaq taxılının istehsalını artırmalıyıq, bizim buna potensialımız var”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















