Azərbaycanın ilk milli velosiped brendinin təqdimatı keçiriləcək
Azərbaycanın ilk milli velosiped brendinin təqdimati keçiriləcək.
“Marja” xəbər verir ki, bu barədə İsmayılda istehsal sahəsi olan "İsma Bikes"ın yaydığı məlumatda deyilir.
Tədbirdə velosipedlər təqdim ediləcək. Təqdimata hamı dəvətlidir.
Təqdimat 06 İyul 2017-ci il tarixində, saat 18:00-da “Park Bulvar” alış-veriş mərkəzində keçiriləcək.
Qeyd edək ki, mətbuatda "İsma Bikes" zavodunun açılışı edilsə də velosipedlərin satışa çıxarmadığı yazılmışdı. Hətta zavodun bağlandığı da bildirilirdi.
Bundan öncə, zavodun baş mühasibi Elnarə Musayeva mətbuata bildirmişdi ki, İsmayıllıda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “İSMA BİKES” velosiped istehsalı zavodu iyundan etibarən tam surətdə fəaliyyətə başlayacaq.
Zavod rəsmisi qeyd edib ki, hazırda zavod test rejimində fəaliyyət göstərir:
“Zavodun fəaliyyət göstərmədiyi, bağlandığı barədə məlumatlar tamamilə əsassızdır. Hazırda bir sıra modellər üzərində işlər gedir. Kütləvi şəkildə istehsal növbəti aydan etibarən başlayacaq. Təlimlər keçirilir, işçilər seçilir və azərbaycanlılardan ibarət kadrlarımız hazırlanır”.
E.Musayeva qeyd etmişdi ki, müəssisə tam olaraq fəaliyyətə başlayandan sonra müxtəlif növ velosipedlər və əlil arabaları istehsal ediləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























