"Yığıma başlamışıq, bizdən 4 manata alıb Rusiyaya göndərirlər"
İyun ayı Xaçmaz rayonunda gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını artıq başa çatdırıblar. Hazırda isə gilasın kütləvi yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndərilir.
Xaçmazlı sahibkarlar gilas bağlarında məhsul yığımına may ayının son günlərindən etibarən başlayıblar. Tezyetişən sortlar yerli və paytaxt bazarlarında satışa çıxarılıb. Təsərrüfatçılar indiyədək gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 5-6 manata satıblar. Hazırda isə 4 manatdır.
Rayonun Sabiroba kəndindən olan təsərrüfatçı Nurlan Qurbanov bildirir ki, hazırda yığılan məhsulun böyük hissəsi Rusiya bazarlarına göndərilir. Məhsuldarlıq ötən illərə nisbətən zəif olsa da, qiymət təsərrüfatçıları qane edir.
“Hazırda bizdən məhsulun kiloqramını 4 manata alırlar. “Ala gilas”ı yığırıq. Gilas bizdən alındıqdan sonra bir neçə gün rayon ərazisindəki soyuducu anbarlarda saxlanılır. Burada yuyulub, müəyyən temperatura kimi soyudulduqdan sonra yük maşınları ilə Rusiya Federasiyasının müxtəlif bölgələrindəki bazarlara yola salınır. İyun ayının sonuna kimi məhsul yığımı davam edəcək”, - deyə Nurlan Qurbanov bildirib.
Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən sahibkarlar hazırkı satış qiymətinin onları qane etdiyini deyirlər.
“Bu gündən kütləvi yığıma başlamışıq. Gilası vaxtında toplamaq lazımdır. Hava yağışlı keçir. Məhsul ağacda qalsa, yağış dəyən kimi çatlayıb xarab olacaq. Buna görə də yığım üçün əlavə qüvvə cəlb edirik. Günəmuzd işləyən fəhlələr gilasın bir kiloqramını 50 qəpiyə yığır. Bir nəfər gün ərzində 100 kiloqramdan çox gilas toplaya bilir”, - təsərrüfatçı Emin Baxışov söyləyib.
Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər. Yeni salınan bağlar əsasən intensiv üsulla becərilir.
Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















