Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İqtisadiyyat Nazirliyi və Avropa bankı anlaşdı

İmzalanan Anlaşma Memorandumu Azərbaycan Respublikasında davamlı özəl korporativ sektor (kiçik və orta sahibkarlıq daxil olmaqla) üçün prioritet təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsində AYİB və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın istiqamətlərini əks etdirir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyat Nazirliyi və Avropa bankı anlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 8-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda korporativ sektorun inkişafi ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb.

Nazirliyin yaydığı məlumata görə, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone imzalayıblar.

Bununla bağlı keçirilən onlayn tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyini və uğurlu tərəfdaşlıq etdiyini vurğulayıb.

Qeyd edilib ki, Bankla birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi baxımından əhəmiyyətlidir.

İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat”, enerji, xüsusilə bərpa olunan enerji layihələri üzrə əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb.

Nazir bildirib ki, bu gün imzalanan memorandum Azərbaycan Respublikasında davamlı özəl korporativ sektor (kiçik və orta sahibkarlıq daxil olmaqla) üçün prioritet təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsində AYİB və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın istiqamətlərini əks etdirir.

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone Bankın Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığını vurğulayıb, ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini ifadə edib. AYİB təmsilçisi Gəncədə icra olunan “Yaşıl Şəhər Proqramı”nın Azərbaycanın digər şəhərlərində də tətbiqi imkanlarını qeyd edib.

Tədbirdə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

08.06.2022 18:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18