Mal-qaranı otarmaq üçün otlaq sahələri yoxdur
Neftçalanın Tataraməhlə kəndində otlaq sahələri olmadığından sakinlər bir neçə ildir acınacaqlı vəziyyətlə üzləşiblər.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Sakinlər torpaq sahələrindən əldə etdikləri gəlir vasitəsi ilə öz ailəsini dolandırır.
Lakin sakin bildirirlər ki, uzun illərdir, mal-qaranı otarmaq üçün otlaq sahələri yoxdur.
“Torpaq islahatı zamanı əhaliyə örüş sahəsi kimi 200 hektar torpaq sahəsinin verilməsi üçün protokol tərtib olunub. Qalan torpaqlar da bələdiyyənin idi. Əhaliyə verilən 1 600 hektar torpaqdan başqa, qalan 400 hektar torpağın hamısı tanımadığımız şəxslərə satılıb. İndi də mal-qaranı otarmaq üçün otlaq sahələri tapa bilirik” - sakinlər bildirirlər.
Örüş sahəsinin zəbt edildiyini iddia edən sakinlər deyir ki, otlaq sahəsi olmadığından mal-qaranı tövlədə saxlamalı olurlar. Hətta bəzi sakinlər örüşsüzlük ucbatından iri və xırda buynuzlu heyvanlarının hamısını satmaq məcburiyyətində qalıblar.
Məsələ ilə bağlı Tataraməhlə kənd bələdiyyəsi ilə əlaqə saxlanıb. Bələdiyyə sədri Qabil Mehdiyev bildirib ki, yerli özünüidarəetmə orqanının balansında olan torpaq sahələri 2002-2003-cü illərdə, habelə sonralar 25-30 və 40 illik icarəyə verilib
“Həmin torpaq sahələri hazırda icarəçilər tərəfindən istifadə olunur. İcarə müddəti bitdikdən sonra torpaq sahələri yenidən hərraca çıxarılacaq, tender keçiriləcək. Kənd camaatı da hərracda iştirak etməklə torpaq sahələrini icarəyə götürüb örüş və ya əkin sahəsi kimi istifadə edə bilər”, - o deyib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 23 d. əvvəl
-
-
48 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
50 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























