Ağstafanın alça bağlarında məhsuldarlıq yüksəkdir
Yeyilərkən ağız turşudan, çoxumuzun sevdiyi meyvə olan alça ən çox yaşıl halda istehlak edilir. Uşaqdan böyüyə hər kəsin sevimli yaz qidası, bu fəslin ən çox istifadə edilən meyvəsidir.
Ağstafa rayonunda da artıq bir müddətdir alça bağlarından yığıma başlanılıb. Havalar yağıntılı keçdiyindən alça ağacları da yaxşı bar gətirib. Amma bol məhsul götürmək üçün bu, kifayət etmir. Alça ağaclarından istənilən məhsuldarlığı əldə etmək üçün aqrotexniki qulluq da vacib şərtlərdəndir.
Ağstafanın Qarahəsənli kəndində 3 il əvvəl alça bağı salmış fermer Süleyman Babayev bu il yaxşı məhsul əldə edib. Yığım başlayandan satış həyata keçirən fermer alıcının da kifayət qədər olduğunu deyir: “Alçanı uşaqdan-böyüyə hər kəs bəyənir, hər kəs xoşlayır. Bu meyvə həm kal, həm də yetişdikdən sonra yeyilir. Qışa tədarük məqsədilə turşu da düzəldirlər. Hətta alçanı kal alıb, turşu qoyub, ondan yaxşı gəlir götürənlər, satışını həyata keçirənlər də var. Alça çox xeyirlidir. Həm qan təzyiqini aşağı salır, həm şəkəri olan insanlar istifadə edirlər”.
Fermerin bağda becərdiyi alçalar məhsuldar, calaq vurulmuş “Naxçıvan göycəsi” adlanan sortdur. Bağ sahibi növbəti il ağacların sayını artırmağı düşünür. Satışa gəldikdə, qiymətlər fermeri qane edir. Elə bağdan məhsulu yığıb, 3 manatdan satışını həyata keçirir.
“Yeni tinglər də əkmişəm. Gələcəkdə alça ağaclarının sayını artırmaq fikrindəyəm. Mənim bağım 3 illikdir. Hazırda bir ağacdan 15-20 kiloqram məhsul götürürəm. İldən-ilə ağaclar böyüdükcə məhsuldarlıq da artır. Meyvə bağına vaxtlı-vaxtında qulluq etmək lazımdır. Vaxtında zərərvericilərə qarşı dərmanlama işləri görülməlidir”, - deyə S.Babayev əlavə edib.
Yaşıl alçanın faydalı xüsusiyyətləri də çoxdur. Belə ki, bu meyvə təbii antioksidantlarla zəngin olduğundan insan orqanizmini ziyanlı maddələrdən təmizləyir. Alçanın tərkibində bir çox faydalı maddələr - orqanik turşular, vitaminlər, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. var.
Alça və alçadan hazırlanan souslar yağlı qidaların daha asan mənimsənilməsinə kömək edir. Yaşıl alça həzm prosesini yaxşılaşdırır, insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. Lakin bəzi xəstəliklər zamanı alçanın qəbulu əks göstəriş sayılır. Belə ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətinə mənfi təsir edə bilər. Bundan əlavə, alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir göstərir, mədədə ağırlıq, köp və sair xoşagəlməz hallara gətirib çıxarır.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















