Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avrozona inflyasiyasında yeni rekord

Avrozonada inflyasiya may ayında illik 8,1 faizə yüksələrək rekord yeniləyib. Beləliklə, inflyasiya ardıcıl 7 ay rekord yeniləməkdə davam etdirib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Avrozona inflyasiyasında yeni rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Statistika Xidmətinin məlumatına görə, apreldə 7,5 faiz olan illik inflyasiya may ayında 8,1 faizə yüksəlib. İqtisadçıların proqnozu 7,8 faiz təşkil edirdi.

İnflyasiya aylıq 0,8 faiz təşkil edib və 0,6 faiz olan proqnozu üstələyib.

Baza inflyasiya isə əvvəlki 3,5 faizdən 3,8 faizə yüksəlib.

İtaliyada inflyasiya 7,3 faiz, Fransada 5,8 faiz (rekord qırıb), Almaniyada 8,7 faiz (rekord yeniləyib) təşkil edib.  

Rusiyanın Ukraynaya hücumundan sonra ərzaq və enerji qiymətlərinin artması inflyasiyanın sürətlənməsinə səbəb olur.

Böyük Britaniya və ABŞ-ın ardınca Avropa Mərkəzi Bankı da yüksək inflyasiyanın qarşısını almaq üçün on ildən artıq müddətdə ilk dəfə olaraq faiz dərəcələrini artırmağa hazırlaşır.

31.05.2022 14:05

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18