Bank şöbəsini filiala çevirib, yeni ünvanda fəaliyyətə başlayıb - AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
TuranBank Qazaxda yeni ünvanda!(®) Bu il fəaliyyətinin 30-cu il dönümünü qeyd edən, ölkənin iqtisadi və sosial həyatında fəal iştirak edən TuranBank əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların inkişafına öz töhfəsini verməkdədir. Bank müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.
Filial şəbəkəsinin transformasiyası istiqamətində silsilə tədbirlər həyata keçirən TuranBank xidmət şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Bankın Qazax şöbəsini filiala çevirməklə yeni ünvana köçürərək müştərilərin istifadəsinə vermişdir. Baş tutan açılış mərasimində rayonun və Bankın rəhbər şəxsləri iştirak etmişdir.
Bundan sonra filial Qazax şəhəri, Heydər Əliyev prospekti 163B ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofis binası ilə rayon sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Qazax filialı müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaqdır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 46 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











