Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb - FOTO
İşsiz vətəndaşların işlə təminatı üçün birgə əməkdaşlıq ediləcək.(®) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb.
Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “McDonald’s Azərbaycan” QSC -nin direktoru Oskar Boqopolskiy imzalayıb.
Sənədin imzalanması tədbirində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, istehsalat təcrübələri və müvafiq sahələr üzrə işlə təminat sahəsində birgə əməkdaşlıq ediləcək.
Həmçinin, Agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.
Xatırladaq ki, yanvarın 27-də korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən şirkətlərin mükafatlandırılması mərasimində “McDonald’s Azərbaycan” şirkətinə “Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında təltifnamə təqdim edilib.
Ölkəmizdə “McDonald’s Azərbaycan” şirkətinin hazırda 21 restoranı fəaliyyət göstərir və müəssisələrdə 2000-dən çox insan çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)
















