Marketlərdə alıcılara ət və ət məhsulları necə təqdim olunur?
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda da çox seçicidir.(®) Pərakəndə sektorunda önəmli yerə malik olan Veysəloğlu Şirkətlər Qrupunun əsas fəaliyyət istiqamətlərindən biri də yalnız yerli cins heyvanların ətindən istifadə etməklə həyata keçirilən ət emalıdır. Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsində istehlakçılara keyfiyyətli ət və ət məhsulları təqdim olunur.
Ətin çatdırılması
Hər gün Bərdə, Ağcabədi və Beyləqandan dana və quzular Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi qeydiyyatından keçmiş mərkəzi kəsim məntəqələrinə gətirilir. Həmin məntəqələrdə bütün gigiyena standartlarına əməl olunmaqla kəsim aparılır, “soyuq zəncir” prinsipi ilə “Araz” supermarketlər şəbəkəsinin mərkəzi anbarına çatdırılır. Bu mərhələ peşəkar mütəxəssislər tərəfindən ciddi nəzarətdə saxlanılır.
Veysəloğlu Şirkətlər Qrupu soyuq şəraitdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq, daşınma, saxlanma və satış daxil olmaqla, bütün pillələrdə soyuq zəncirin qırılmaması üçün daima çalışır. Bu məqsədlə yeni təzə və dondurulmuş logistika mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Müasir tipli logistika mərkəzinin yaradılması üçün 25 milyon manat investisiya yatırılıb.
Ətin qəbulu necə aparılır?
Qəbul zamanı dana əti cəmdəyinin çəkisinin 150-200 kq, quzu əti cəmdəyinin çəkisinin isə 13-18 kq aralığında olmasına xüsusi diqqət edilir. Standartlara cavab verən məhsullar dinlənmək üçün soyuducu anbarlara yığılır.
Ətin cəmdək hərarəti dinlənmədən sonra 2-6 C°-yə salınır, daha sonra mağazaların təyinatına uyğun hissələrə ayrılan ətlər satış üçün marketlərə göndərilir. Təzə ət emal olunaraq “Araz” və “Spar” supermarketlər şəbəkəsinin mağazalarında satışa çıxarılır. Ətin vitrinlərdə saxlanılma müddəti 1 sutkadır.
Əhalinin qida və ərzaq təhlükəsizliyi
Veysəloğlu Şirkətlər Qrupu alıcılara təqdim etdiyi ətin keyfiyyətinə, yerli dana və quzular olmasına zəmanət verir. Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İdarəetmə direktoru Anar Cümşüdovun sözlərinə görə, yeni logistika mərkəzində dondurulmuş, təzə ət və ət məhsullarını ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq. Bu mərkəz uyğun qiymətə və çox çeşidli məhsulları xalqımız üçün əlçatan edəcəkdir”.
Veysəloğlu Şirkətlər Qrupu cəmiyyəti təmiz, sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir və bundan sonra da əhaliyə təhlükəsiz və etibarlı qida məhsullarını təqdim edəcək.
28 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 19 minə yaxın əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
4 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
9 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
10 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















