FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) may ayında keçirdiyi iclasda gözlənildiyi kimi pul siyasəti faizini 0,50 bənd artırıb. Bu, 2000-ci ildən bəri ən yüksək artımdır. İyunun 1-dən etibarən balansın ayda 47,5 milyard dollar, qarşıdakı 3 ayda isə 95 milyard dollar azalacağı bildirilib. FED-in açıqlamasında “İnflyasiya risklərinə qarşı çox ehtiyatlıyıq” ifadəsi yer alıb.ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi, Fed faizlərini 0,50 bənd artıraraq 0,75%-1.00% aralığına yüksəldib. Faizin artırılması qərarı FED-in bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Fed faizlərini bu ilin mart ayında 0,25 bənd artırılaraq 0,25%-0,50% aralığına çatdırmışdı.
FED son 40 ildə pik həddinə çatan inflyasiya ilə mübarizə üçün 2000-ci ildən bəri ən aqressiv (ən böyük) şəkildə faiz artırıb. Həmçinin Bank 2018-ci ildən bəri ikinci dəfə faiz dərəcələrini artırıb.
Faiz dərəcələrini bazar gözləntiləri istiqamətində artıran FED, iyun ayında balansını azaltmağa başlayacağını da açıqlayıb.
Fed ilkin olaraq balansın azaldılmasına 30 milyard dollarlıq dövlət qiymətli kağızları və 17,5 milyard dollarlıq ipoteka qiymətli kağızları ilə başlayacaq. FED: İlk 3 aydan sonra balansın azaldılmasının aylıq məbləğini dövlət istiqrazları üzrə 60 milyard dollara və ipoteka ilə təmin edilmiş qiymətli kağızlar üzrə 35 milyard dollara qədər artıracaq.
FED açıqlamasında inflyasiya risklərinə qarşı çox diqqətli olduğu qeyd edib.
"Biz inflyasiyanın 2 faiz hədəfinə qayıdacağını və müvafiq pul siyasətinin sərtləşdirilməsilə əmək bazarının güclü qalacağını gözləyirik", - FED bildirib.
Fed açıqlamasında inflyasiya risklərinə qarşı diqqətli olduqları vurğulanıb. Çində davam edən pandemiya səbəbindən tədarük zəncirindəki problemlərin davam edəcəyi bildirilib. Rusiyanın Ukraynanı işğal etməsi və bununla bağlı baş verən hadisələrin inflyasiya üzərində yüksəliş təzyiqi yaratdığı və iqtisadi aktivliyə mənfi təsir göstərməyə davam edəcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






