Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Sərəncam imzalyıb.
Marja xəbər verir ki, Sərəncam ilə, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Vahid Hacıyev “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyəti sədri vəzifəsində çalışırdı. V.Hacıyev 13 il “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə də işləyib. “Agro Dairy” MMC taxılçılıqla məşğul olan Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir və əsasən Samux, Tovuz və Hacıqəbul rayonları ərazisində fəaliyyət göstərir. Həmçinin, “AgroDairy” işğaldan azad edilmiş Ağdam və Füzuli ərazilərində torpaqlarda əkin işlərinin həyata keçirilməsilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
5 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
6 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















