"Ziraat Bank"ın marka dəyəri 40 faizə yaxın artıb
Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brend Finance"in araşdırmasına görə, 2,6 milyard dolları aşan dəyərilə Türkiyənin ən dəyərli brendi "Türk Telekom"dur.
"Brand Finance" tərəfindən "Türkiyənin Ən Dəyərli Markaları-Turkey 100" araşdırmasının 10-uncusu tamamlanıb.
"Marja" xəbər verir ki, siyahıda ilk yeri 2 milyard 620 milyon dollarlıq marka dəyərilə "Türk Telekom" tutub,. Onun ardınca marka dəyəri keçən illə müqayisədə 37 faiz artaraq 1 milyard 959 milyon dollara çıxan "Turkcell" gəlir.
Ötən ilin çempionu Türk Hava Yollarının (THY) marka dəyəri isə 2016-cı ilə müqayisədə 22 faiz azalaraq 1 milyard 920 milyon dollara düşüb və siyahıda üçüncü sıraya geriləyib.
"Akbank"ın 1 milyard 579 milyon dollarlıq marka dəyərilə siyahının 4-üncü, "Garanti Bankası" da 1 milyard 555 milyon dollarlıq dəyərilə 5-inci sırasındakı yerini qoruyub.
Həmin dövrdə "Ziraat Bankası"nın marka dəyəri 39%-lik artımla 1 milyard 312 milyon dollara çatıb və 6-ncı sıraya yüksəlib. "Arçelik" isə 35 faiz dəyərdən düşərək 1 milyard 284 milyon dollarla 3-üncü yerdən 7-ci sıraya geriləyib.
Siyahıda 8-inci yeri 1 milyard 252 milyon dollarlıq marka dəyəriylə "İş Bankası", 9-uncu yeri 951 milyon dollarla "Yapı Kredi", 10-uncu yeri də 806 milyon dollarla "Halkbank" tutub.
Ən dəyərli 100 brendinin ümumi dəyəri 27,4 milyard dollardır
Türkiyənin ən dəyərli yüz markasının ümumi dəyəri 27,4 milyard dollar olub. Ötən illə müqayisədə ümumi dəyər 6% azalıb.
Siyahıya bu il 13 yeni marka daxil olarkən, ilk 100 arasında "Mavi" 31-inci, "Tekzen" 69-uncu, "Tukaş" 73-üncü, "Armada Bilgisayar" 84-üncü, "Eis Eczacıbaşı" 85-inci, "Datagate" 86-ncı, "Avivasa "91-inci, "Penguen Gıda" 92-nci, "Derimod" 94-üncü, "Desa" 96-ncı, "Ege Seramik" 97-nci, "Alarko Carrier" 98-inci, "Söktaş" 100-cü olub.
Araşdırmaya görə, ilk 100-də yer alan markaların dəyərlərində ən yüksək artım nisbəti 112%-lə ilə "Koton" olub. "Koton" bu artımla 37-nci yerdən 26-ncı yerə yüksəlib. Həmin dövrdə marka dəyərində ən böyük azalma nisbəti isə 69% ilə "Anadolu Efes"də olub. Şirkət bu azalma ilə 8-inci yerdən19-uncu yerə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
-
- 17 d. əvvəl
-
34 d. əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 46 d. əvvəl
-
51 d. əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
2 saat əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
2 saat əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABŞ amerikalıları Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyə çağırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı



























