“Muğanbank”ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb
“Muğanbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 3 milyon 16 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2021-ci ilin ilk rübünü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Muğanbank”ın xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 1 milyon 423 min manat və ya 89,3 % (təminən 1,9 dəfə) artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Muğanbank”ın faiz gəlirləri 6 milyon 305 min manat ikən, 2022-ci ilin ilk rübündə 9 milyon 19 min manat təşkil edib (2 milyon 714 min manat və ya 43 % artıb). Bankın qeyri-faiz gəlirləri isə 9 milyon 295 min manatdan 11 milyon 52 min manata yüksəlib (1 milyon 757 min manat və ya 19% artıb ).
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-mart dövründə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 71 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 221 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 850 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 834 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb. Beləliklə, “Muğanbank” 1-ci rübü 3 milyon 16 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri 15 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 907 min manat, əməliyyat mənfəəti 1 milyon 693 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 99 min manat ehtiyatlara ayrıdığından həmin dövrü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR
31 Mart 2022-ci il tarixində “Muğanbank”ın cəmi aktivləri 662 milyon 636 min manata təşkil edib. Bank ötən ilin sonunda 708 milyon 452 min manat cəmi aktivlərə malik idi. Aktivlərin həcmində dəyişiklik “Muğanbank”ın digər banklardakı depozitlərinin vaxtının başa çatması ilə əlaqədardır.
2021-ci ilin sonu ilə müqayisədə “Muğanbank” tərəfindən müştərilərə verilmiş kreditlər 19 milyon 544 min manata artaraq 420 milyon 605 min manata çatıb.
ƏHALİNİN ƏMANƏTLƏRİ 280 MİLYON MANATA YAXINDIR
31 Mart 2022-ci il tarixində “Muğanbank”ın cəmi depozit portfeli 325 milyon 457 min manat təşkil edib ki, bunun da 279 milyon 361 min manatını fiziki şəxslərin depozitləri olub. Ötən ilin sonunda “Muğanbank”ın cəmi depozit portfeli 396 milyon 852 min manat təşkil etmişdi. Bankın cəmi depozit portfelində dəyişiklik hesabat tarixinə hüquqi şəxslərin carı hesablarda olan qalıqlarla bağlıdır. Qeyd etmək istərdik ki, Bank sağlam korporativ müştəri bazasına mövcuddur.
MƏCMU KAPİTALI ARTIB, MƏBLƏĞİ 100 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2022-ci il tarixində “Muğanbank” 105 milyon 184 min manat məcmu kapitala malik olub və bu da ötən ilin sonunda olan göstəricilə müqayisədə 3 milyon 318 min manat çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























