Bu bankın xalis mənfəəti 10 dəfəyə yaxın artıb
“Turanbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 1 milyon 13 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 105 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə “Turanbank”ın xalis mənfəəti 9,6 dəfə artıb. Mənfəətin artması gəlirlərin artmasından qaynaqlanıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, ötən ilin ilk rübündə "Turanbank"ın faiz gəlirləri 9 milyon 366 min manat ikən, 2022-ci ilin ilk rübündə 13 milyon 486 min manata yüksəlib (44% artıb). Bankın qeyri-faiz gəlirləri isə 973 min manatdan 1 milyon 749 min manata qalxıb (80% artıb).
2022-ci ilin yanvar-mart dövründə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 235 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-fai xərcləri) isə 13 milyon 719 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən "Turanbank"ın 1 milyon 516 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 502 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı üçün ilk rübü 1 milyon 13 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2021-ci ilin yanvar-mart dövründə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 10 milyon 339 min manat,cəmi əməliyyat xərcləri 10 milyon 223 min manat, əməliyyat mənfəəti 116 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 11 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin ilk rübündə “Turanbank”ın kredit portfeli (müştərilərə verilən kreditlər) 20 milyon 520 min manat və ya 4,7% artaraq 31 mart 2022-ci il tarixində 456 milyon 965 min manata çatıb.
BANK BÖYÜYÜB, AKTİVLƏRİ 750 MİLYON MANATI KEÇİB
Bankın cəmi aktivləri isə 36 milyon 633 min manat və ya 5,1% aratraq 751 milyon 594 min manata çatıb.
ƏHALİNİN BANKDA YERLƏŞDİRDİYİ ƏMANƏTLƏR ARTIB
2021-ci ilin sonu ilə müqayisədə cari ilin ilk rübündə "Turanbank"da depozitlər 14 milyon 762 min manat arataraq 432 milyon 214 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 18 milyon 963 min manat artaraq 276 milyon 594 min manata çatıb.
MƏCMU KAPİTALI 95 MİLYON MANATA YAXINDIR
31 mart 2022-ci il tarixində “Turanbank” 94 milyon 903 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























