Rəşt-Astara dəmir yolu bu il istismara verilə bilər
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Rəşt-Astara dəmir yolunun tikintisi davam edir və işlərin 68 faizi həyata keçirilib.
Bu sözləri Dəmir yolu və liman tikintisi şirkətinin direktor müavini Abbas Xətibi deyib. Bu şirkət dəmir yolu tikintisi üzrə ixtisaslaşıb və əsasən dövlət sifarişlərini yerinə yetirir.
Abbas Xətibi nəzərə çatdırıb ki, ötən il Prezident İbrahim Rəisi Gilan vilayətinə səfəri zamanı dəmir yolunun çəkilişi ilə maraqlanaraq aparılan işlərə tanış olub və tikintinin davam etdirilməsi üçün 6500 milyard rial (təxminən 21 milyon dollar) vəsaitin ayrılması barədə sərəncam verib. Bu vəsaitlə dəmir yolunun cari ildə tikilib başa çatdırmaq mümkündür.
Abbas Xətibi Rəşt-Astara dəmir yolunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu yol İranı tranzit yükdaşımaların mərkəzinə çevirəcək.
Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır ki, bu da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edir. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Əks istiqamətdə də yüklər həmin yolla daşınacaq ki, bu da yolun keçdiyi dövlətlərə ikiqat tranzit gəliri gətirəcək.
Azərbaycan dövləti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində bir sıra vacib işləri həyata keçirib. Ələt-Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması ilə yanaşı, İran Astarası və Azərbaycan Astarasını dəmir yolu xətti ilə birləşdirib.
Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq. Digər beynəlxalq marşrutlarla müqayisədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər mənzil başına 20 gün tez çatdırılacaq, nəqliyyat xərclərinə az vəsait tələb olunacaq.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
1 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
1 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır




























