Azərbaycana avtomobil idxalında artım davam edir - 189 milyon dollar xərcləndi
2022-ci ilin ilk 3 ayında (1-ci rübdə) Azərbaycana 189 milyon 355 min dollar dəyərində 17 min 102 ədəd nəqliyyat vasitəsi (avtomobi) idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10% artıb. 2021-ci ilin ilk 3 ayında Azərbaycana 15 min 539 ədəd avtomobil idxal edilmişdi.
Minik avtomobillərinin idxalı ötən ilin 1-ci rübündəki 14 min 219 min ədəddən 2022-ci ilin 1-ci rübündə 15 min 934 ədədə yüksəlib.
2022-ci ilin ilk 3 ayında Azərbaycanda 3 min 140 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri və 70 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.
Yük avtomobillərinin idxalı ötən ilin ilk 3 ayında 1 249 ədəd ikən, cari ilin eyni dövründə 1 012 ədəd təşkil edib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
- 31 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























