Smartfonlar ilə ödəniş qəbulu - Azərbaycanda ilk dəfə
Ölkədə ilk dəfə sahibkarlar smartfonları ilə ödənişlər qəbul edə bilərlər!(®) Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri smartfonları vasitəsilə qəbul edə biləcəklər. Bu xidmət IBA Group beynəlxalq İT şirkəti tərəfindən hazırlanıb.
Xidmətdən yararlanmaq üçün Android əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfona sahib, həmçinin Müştəri Bank sisteminin istifadəçisi olmaq mütləqdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasa ehtiyac yoxdur. Xidmətə qoşulmaq üçün Kapital Bank filiallarına gəlmədən, Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada tam olaraq pulsuz həyata keçirmək olar.
Xidmətə qoşulmaq üçün Müştəri Bank mobil tətbiqindən şirkətin və istifadəçilərin müvafiq məlumatlarını qeyd etdikdən sonra, sifariş ASAN İmza vasitəsilə səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Qoşulma tamamlandıqdan sonra bu haqda səlahiyyətli şəxsə e-mail və bildiriş göndərilir. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bu yenilik yaxın gələcəkdə digər əməliyyat sistemləri istifadəçiləri üçün də tətbiq ediləcək.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.), QR vasitəsilə nağdlaşma, Kliklə ödə xidməti və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























