BMW elektromobillərin istehsalına keçid zamanı iş yerlərini ixtisar etmək niyyətində deyil
BMW şirkətinin baş direktoru Oliver Zipse bildirib ki, şirkət bütün dünya üzrə işçilərinə akkumulyatorla işləyən modellərlə işləmək üçün təlim keçəcək.Almaniyanın avtomobil nəhəngi BMW şirkəti daxili yanma mühərrikli avtomobillərin istehsalından imtina edib elektromobil istehsalına keçərsə, iş yerlərini ixtisar etmək niyyətində deyil.
Marja xəbər verir ki, bu barədə bazar günü şirkətin rəhbəri Oliver Zipse-yə istinadən "Financial Times" qəzeti yazıb.
"Biz istehsalın transformasiyası kontekstində iş yerlərini itirməyəcəyik" - Zipse deyib. “Bəlkə də artıq bu onillikdə Münhendəki zavodumuzda tam elektriklə işləyən avtomobillər istehsal olunacaq və heç kim işini itirməyəcək”, o əlavə edib.
Onun şərhləri Avropanın avtomobil sənayesi, eləcə də aparıcı iqtisadçıların daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə ləğv etmək planlarının kütləvi işsizliyə səbəb olacağı barədə xəbərdarlıq etmələrindən sonra gəlib.
Eyni zamanda, Zipse vurğulayıb ki, BMW bütün dünyada öz işçiləri üçün akkumulyatorla işləyən modellərlə işləmək üçün təlimlər təşkil edir. o, "Yüksək ixtisaslı işçi qüvvəsi demək olar ki, istənilən texnologiyaya uyğunlaşa bilir", - deyib.
"Biz heyətimizi saxlamaq istəyirik, çünki biz onların səriştəsinə arxalanırıq", - BMW-nin rəhbəri bildirib.
Almaniyanın avtomobil nəhəngi daha əvvəl 2025-ci ilə qədər 2 milyon tam elektrikli avtomobil satmağı planlaşdırdığını bildirmişdi. 2030-cu ilə qədər bu rəqəm 10 milyona yaxın olmalıdır. Eyni zamanda, BMW-nin qeyd etdiyi kimi, istehlakçılar arasında elektromobillərə tələbatın genişlənməsinə əsas maneələrdən biri enerji doldurma infrastrukturunun olmamasıdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
- 31 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















