Dövriyyədəki dollar kütləsi azaldılacaq
ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün başlayan və iki gün davam edəcək iclasının yekununda balansını azaldacağı barədə açıqlamalar verəcəyi gözlənilir.
ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha sürətli artımının qarşısını almaq üçün FED balansında olan istiqraz portfelini sataraq əlavə likvidliyi sterilizasiya etmək istəyir.
Qeyd edək ki, FED-in balansında topladığı istiqraz portfeli 2008-2009-cu illərin maliyyə böhranı illərində ölkəsinin maliyyə bazarlarına likvidlik dəstəyi vermək məqsədilə yaranıb. O zaman bu üsulla çətin vəziyyətdən çıxan FED, indi də sürətli iqtisadi artım və inflyasiyanın qarşısını zamanında almaq üçün balansını boşaltmağa hazırlaşır.
"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, FED-in balansı hazırda 4,5 trln. dollar təşkil edir. Bunun 2,5 trln. dolları dövlət istiqrazları, 1,8 trln. dolları isə ipoteka qiymətli kağızlarının payına düşür.
Sabahkı açıqlamalarında FED-in balansını nə zaman kiçiltməyə başlayacağı barədə fikirlər səsləndirməsi gözlənilir. Analitiklər bildirir ki, balansın azaldılması dollar kütləsinin bazardan yığılması, faizlərin artması deməkdir. Bu qərar dünya maliyyə bazarlarına mənfi təsir edəcək.
PULDAN PUL QAZANMAQ İSTƏRDİNİZMİ?
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























