OPEC-in neft hasilatı Mayda artıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft istehsalı may ayında əvvəlki ayla müqayisədə 336 min barrel artaraq 32 milyon 140 min barelə yüksəlib.
OPEC-in "Neft Bazarı Hesabatı"na görə, mayda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 130 min barel artımla 95 milyon 740 min barel olub. Mayda qlobal neft hasilatı ötən ilin eyni ayı ilə müqayisədə isə gündəlik 1 milyon 480 min barel artıb.
OPEC-in xam neft hasilatı mayda əvvəlki ayla müqayisədə gündəlik 336 min barrel artaraq 32 milyon 140 min barel olub. OPEC-in istehsalını artırması ilə mayda qlobal neft istehsalındakı payı 33,6 faiz olub.
Mayda OPEC-də neft hasilatı ən çox Liviya, Nigeriya və İraqda artarkən, ən böyük azalma Anqola və Birləşmiş Ərəb Əmirliklərində baş verib.
Liviyada gündəlik hasilat mayda əvvəlki ayla müqayisədə 178 min barel artıb. Nigeriyada gündəlik hasilat 174 min, İraqda isə 44 min barel yüksəlib. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında isə Mayda neft hasilatı 2 min barrel artaraq 9 milyon 940 min barel olub. Anqolada gündəlik hasilat 54 min barel, Birləşmiş Ərəb Əmirliklərində isə 18 min barel düşüb.
Qlobal neft tələbi artmaqda davam edəcək
OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 270 min barel artımla sutkada 96 milyon 380 min barelə çatacaq. OPEC-in builki xam neft tələbatı isə ötən illə müqayisədə sutkada 300 min barrel artaraq 32 milyon min barrelə çıxacaq. OPEK xaricindəki ölkələrin builki neft hasilatı isə ötən illə müqayisədə sutkada 840 min barrel artaraq 58 milyon 140 min barrelə qalxacaq.
Dünya miqyasında mayda istismara daxil olan neft quyularının sayı 2 min 15 olaraq açıqlanıb. Bu quyuların 567-si OPEC üzvü olan ölkələrdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım







.jpg)








.jpg)





