Qazaxıstan və Azərbaycan logistika sahəsində əməkdaşlığa dair saziş imzalandı
Qazaxıstanın Nur-Sultan şəhərində "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov arasında görüş olub.
QSC-nin yaydığı məlumatda bildirilir ki, görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə multimodal daşımaların gələcək inkişafına dair müzakirələr aparılıb.
Tərəflər marşrut üzrə keçid qabiliyyətinin artırılması və tranzit vaxtının azaldılması istiqamətində görülən işlərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Görüşün yekununda hər iki ölkənin dəmir yolu qurumları rəhbərləri tərəfindən logistika sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb.
Məlumat üçün bildirək ki, 2021-ci il üçün BTNM marşrutu üzrə daşımaların həcmi 586,2 min ton, konteynerlərin daşınması 25 270 TEU olub. 2022-ci ilin yanvar-mart aylarında həmin marşrut üzrə 266,3 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur. Konteyner daşımaları 5847 TEU təşkil edib. Bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 19% çoxdur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
- 31 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















