“PAŞA Bank” ağacəkmə aksiyasına qoşulub
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sosial təşəbbüslərdə fəal iştirakını davam etdirir. Bu dəfə Bank, IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil etdiyi ağacəkmə aksiyasına qoşulub.
Aprel ayının 11-də baş tutan aksiya zamanı Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə 6 minə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə keçirilən bu növ aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.
Xatırladaq ki, Bank, ölkəmizin müxtəlif regionlarında, o cümlədən azad olunmuş torpaqlarımızda təbiətin bərpası, Bakı çimərliklərinin təmizlənməsi də daxil, bir sıra ekoloji layihələrə dəstək verib. “PAŞA Bank”, məsuliyyətli korporativ vətəndaş kimi biznesin düşünülmüş şəkildə yürüdülməsinin, ətraf mühitə qayğı və həssaslıqla davranılmasının tərəfdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















