Biznesin avtomatlaşdırılması əhəmiyyətinin 7 əlaməti
(®) Biznesə başlamaq asan olsa da, onu idarə etmək və uzunömürlülüyünü təmin etmək çox müşkül tapşırıqdır. Məhz bu səbəbdən peşəkar iş adamları biznesə başladıqdan sonra biznes proseslərini avtomatlaşdırmaq üçün ERP sisteminin tətbiqinə keçid alırlar. Bəs biznesin avtomatlaşdırılmasına hansı əlamətlərdən sonra başlamaq lazımdır?
Biznes ekspertlərinin sözlərinə görə, biznesin avtomatlaşdırılması barədə düşünən iş adamları bu məsələyə çox vaxt ayırmamaq üçün daha çox hazır həllərə üstünlük verirlər. Hazır həllər sayəsində onlar ERP sistemini biznes proseslərə deyil, biznes prosesləri ERP sisteminə uyğunlaşdırırlar. Bunun nəticəsində biznes vaxt və vəsait itkisinə uğrayır.
İş adamları düşünür ki, biznes sahibləri şirkətdaxili 7 əlamətdən birini müşahidə edərsə, biznesin avtomatlaşdırılmasına başlaya bilər. Gəlin onlara nəzər salaq.
İTİRİLMİŞ FÜRSƏTLƏR

Şirkət sahibi baş tutmuş sözləşmələri görür, lakin digər uğursuz bitmiş sözləşmələr və səbəblər barədə məlumatlı olmur. Sirr deyil ki, satışı şirkətlə ən azı 1 dəfə əlaqə qurmuş müştərilər ilə reallaşdırmaq daha asandır.
NƏ? HARADA? NƏ VAXT?

Bu məşhur intellektual oyun barədə deyil, hər bir işçinin hansı işlə məşğul olması barədədir. Belə ki, şirkət rəhbəri adətən yalnız departament rəhbərləri ilə əlaqədə olduğu üçün ayrı-ayrı komanda üzvləri və onların effektivliyi barədə məlumata malik olmur.
AÇAR BİR TƏRƏFDƏ, QIFIL BİR TƏRƏFDƏ

Şirkətin vacib məlumatları, misal üçün, CRM - Müştərilər və onlarla əlaqə, müxtəlif proqramlarda və sistemlərdə saxlanılır və bir sistemdən digərinə manual qaydada köçürülür. Belə olan halda, bütün məlumatlar istənilən işçi tərəfindən istifadə edilə bilir, bu da öz növbəsində, şirkətə aid məlumatların üçüncü tərəflərə ötürülməsi ilə nəticələnir.
YERİNƏ YETİR, TƏHVİL VER, YENİDƏN BAŞLA

Burada söhbət rutin və təkrarlanan iş yükündən gedir. Adətən bu işlərə bir neçə kadr ayrılır və bu iş yükü işçilərin kifayət qədər vaxtını alır.
VAXTINDA MÜDAXİLƏ

Şirkətin müxtəlif fəaliyyəti üzrə hesabatlar operativ qaydada hazırlanmır. Məlumatlarlar müxtəlif sistemlərdə olduğu üçün, onların toplanılması çox qəliz məsələdir. Hesabatlar ən yaxşı halda ay ərzində 1-2 dəfə hazırlanır.
YAĞIŞA HAZIRLIQSIZ

Növbəti dövrlərdə hansı nəticələrin əldə olunacağını proqnozlaşdırmaq çətindir. Məlumatlar sistemləşdirilmiş olmadığı üçün, şəxsi təcrübə əsasında verilən proqnozlar yanlış təyin edilir.
FƏRQLİ KADRLAR, EYNİ MƏSƏLƏ

Eyni prosesi müxtəlif işçilər tamamilə fərqli şəkildə yerinə yetirir. Bunun nəticəsi olaraq, işin yekununa, keyfiyyətinə nəzarət etmək mümkün olmur.
BƏS NƏDƏN BAŞLAMAQ LAZIMDIR?

Əgər bu əlamətlərdən hər hansını şirkətinizdə müşahidə edirsinizsə, o zaman Cubics Technology şirkətinin saytına daxil olub, saytda “Görüş al” düyməsini sıxın, Cubics Technology şirkəti tərəfindən hazırlanmış xüsusi sorğu blankında məlumatları doldurun. Bundan sonra şirkətin komandası ilə görüş keçirib, biznesin avtomatlaşdırılmasına başlayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"























