Quba Avtovağzalı satılır? - RƏSMİ CAVAB
Qubanın “Yeni Avtovağzal” adlanan avtovağzalının ərazisi satışa çıxarılıb. Satışla bağlı elan sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda göstərilib ki, təxmini ərazisi 1 hektar olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır.
Məsələ ilə bağlı “açıqlama verən elan sahibi Həmid Mirzəyev satış haqqında elanı özü verdiyini və satışa çıxarılan əmlakın qiymətinin 600 min manat olduğunu qeyd edib.
O həmçinin əlavə edib ki, əmlakın sənədləri tam qaydasındadır: "Hazırda həmin ərazi avtovağzal üçün icarəyə verilib, ərazi satılan kimi avtovağzal oradan köçürüləcək".
Quba Avtovağzalının direktoru Fikrət Yunusov isə açıqlamasında bildirib ki, avtovağzalın satılması ilə bağlı məsələ yoxdur və yayılan elan doğru deyil:
“Düzdür, bura qanuni icarədə olan əmlakdır. Amma, buranı heç kim heç kəsə satmır. Avtovağzal da heç bir yerə köçürülmür, öz fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, araşdırmasından sonra Quba Avtovağzalının satılması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş elan silinib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə istifadəyə verilmiş Quba Avtovağzalı Kompleksinin ərazisinin ümumi sahəsi 12 380 kv metrdir. Kompleksin iki mərtəbəli inzibati binasının ərazisi isə 700 kv metrdən çoxdur. Binanın birinci mərtəbəsində kassa, gözləmə zalı və kafe, ikinci mərtəbədə isə konfrans zalı və digər inzibati otaqlar var. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 13 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)











.jpg)








