Aqrar Sığorta Fondunun əməkdaşı beynəlxalq aktuari sertifikatı alıb
Azərbaycanın maliyyə bazarlarında aktuar xidmətləri sahəsində mühüm yenilik baş verib.
Aqrar Sığorta Fondunun əməkdaşı Elvin Rzayev ABŞ Aktuarlar Cəmiyyətinin 05 yanvar 2022-ci il tarixdə British Council-da təşkil edilmiş "EXAM SRM-Statistics for Risk Modelling" beynəlxalq imtahanını müvəffəqiyyətlə keçmişdir.
Sözügedən imtahanda namizədlərin "regression models", "time series", "principal component analysis", "desicion trees and cluster analysis", "also applying methods for selecting and validating models" kimi mövzular üzrə bilikləri yoxlanılır.
Qeyd edək ki, bu ABŞ Aktuarilər Cəmiyyətinin təşkil etdiyi imtahanlar arasında Elvin Rzayevin uğurlu nəticə əldə etdiyi 3-cü imtahandır. İndiyədək E.Rzayev Maliyyə Riyaziyyatı imtahanı olan SOA Exam FM -Financial Mathematics və Qeyri Həyat sığortası riyaziyyatı imtahanı olan SOA Exam STAM - Short Term Actuarial Mathematics imtahanlarını da müəvvəfəqiyyətlə keçib. Hər üç imtahanın nəticəsi daimi xarakter daşıyır, yəni müddətsizdir.
Xatırladaq ki, peşəkar aktuari fəaliyyəti ilə məşğul olan Elvin Rzayev indiyədək bir neçə sığorta şirkətlərində, eləcə də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında və Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) Sığorta Fəaliyyətinə Nəzarət Departamentində çalışıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























