Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"ABŞ-ın məqsədi "Rusiyanı dollar ehtiyatlarını xərcləmək və ya defolt" arasında seçim qarşısında qoymaqdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"ABŞ-ın məqsədi "Rusiyanı dollar ehtiyatlarını xərcləmək və ya defolt" arasında seçim qarşısında qoymaqdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın resurslarının tükənəcəyinə ümid edir, bunun üçün sanksiyalar ilə təzyiqi göstərirlər, Rusiya Federasiyasını qalan dollar ehtiyatlarını xərcləmək və ya defolt arasında seçim qarşısında qoyurlar.

Bundan əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Maliyyə Nazirliyi Amerika maliyyə institutlarında Rusiyaya məxsus hesablardan Rusiya dövlət borcu üzrə dollarla hər hansı ödənişin aparılmasına icazə verməyəcək. 

"Rusiya qalan dollar ehtiyatlarını, yeni gəlirlərini xərcləmək və ya defolt etmək arasında seçim etməli olacaqlar", - Psaki bildirib.

Onun sözlərinə görə, Prezident Co Bayden administrasiyasının məqsədi “Putinin Ukraynaya qarşı müharibəni davam etdirməsi üçün malik olduğu resursların tükənməsidir”. O hesab edir ki, Rusiyaya qarşı sanksiya təzyiqi artıq effektivliyini nümayiş etdirir. Psaki bildirib ki, məhdudiyyətlər Rusiyanın maliyyə sistemini “çökmək ərəfəsinə” yaxınlaşdırıb.

06.04.2022 09:07

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar