"Dondurulmuş ət bazarında qıtlıq yaranır və bununla bağlı qiymət qalxır"
Azərbaycanda dondurulmuş ət idxalı üçün alternativ bazarlar axtarılırAzərbaycana idxal olunan dondurulmuş mal əti əsasən Ukraynanın payına düşür. Ötən il idxal olunmuş 4 450 ton dondurulmuş mal ətinin 3 546 tonu və yaxud 79,7 %-i Ukraynadan gətirilib. Digər hissəsi - 14 %-i Hindistandan, 5 %-ə qədəri isə Braziliyadan gətirilib.
Bəs Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış vəziyyət Azərbaycanın dondurulmuş mal əti bazarına necə təsir edir?
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva bildirib ki, ölkəyə idxal olunan mal ətinin 80 %-dən çoxu dondurulmuş formada gətirilir:
“2021-ci ildə dondurulmuş mal ətinin idxal miqdarı 4 450 ton olub ki, bu da 2020-ci ilin göstəricindən təqribən 2 dəfə azdır. Dondurulmuş ət əsasən ölkənin turizm sektorunun, restoran, kafe şəbəkəsinin tələbatı üçün istifadə olunur. Ümumiyyətlə isə ölkədə ət məhsulları üzrə özünü təminetmə göstəriciləri 85 %-dən yuxarıdır.
Əsasən quş ətində idxaldan nisbətən asılılığımız var. Quş əti üzrə özünü təminetmə göstəricisi 79 % səviyyəsindədir. Mal əti üzrə isə bu göstərici 87-88 % təşkil edir”.
Yerli bazarda dondurulmuş ətin ticarəti ilə məşğul olan Əli Səfərov bildirib ki, müharibədən əvvəl dondurulmuş əti Ukraynadan gətirib. Daha sonra oradan gətirilmədə problemlər yaranıb:
“Hazırda dondurulmuş ət ticarəti ilə məşğul olmuruq. Biz dondurulmuş toyuq budunu da Ukraynadan gətirirdik. Yaranmış vəziyyətlə əlaqədar bazarda istər-istəməz qıtlıq yaranır və bununla bağlı qiymət qalxır. Hazırda biz təzə ətin satışı ilə məşğuluq. Müharibə bitəndən sonra yenidən Ukraynadan dondurulmuş ət gətirməyi planlaşdırırıq”.
"Veysəloğlu" Şirkətlər Qrupunun nümayəndəsi Pərviz Hüseynov da Rusiya-Ukrayna münaqişəsinin ölkəmizdə dondurulmuş ət məhsullarına təsirlərindən danışıb. Quş ətinə tələbatın Ukraynadan idxalla təmin olunduğunu deyən P. Hüseynov qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin bölgədə yaratdığı iqtisadi çətinliklər nəticəsində tələbin təklifi keçəcəyi, bunun da qiymətlərə təsiri gözləniləndir:
“Eyni zamanda heyvan qidasının əsasını Ukrayna və Rusiya təmin etdiyi üçün yemin və nəticə etibarilə quş ətinin qiymətində artımın olacağı qaçılmazdır. Logistikada problemlər də qiymət artımına təsir edən amillərdəndir. Eyni zamanda, ödəniş proseslərində müəyyən çətinliklərin yaranması ilə məhsul alışı əvvəlki qaydada həyata keçirilməyəcək. Çünki fabriklərin əksəriyyəti ödənişləri əvvəlcədən tələb edir və təbii ki, bugünkü vəziyyətdə Rusiya və Ukraynaya əvvəlcədən ödəniş riski edilməyəcək”.
Alternativ bazar olaraq, Gürcüstan, Türkiyə və İranı qeyd edən şirkət nümayəndəsi bu ölkələrdən qeyd edilən məhsulların idxalı istiqamətində hazırda dövlət səviyyəsində müvafiq tədbirlərin görüldüyünü əlavə edib:
“Şirkətimiz tərəfindən bugünkü vəziyyətdə Belarus və Gürcüstandan tədarük üçün lazımi addımları atmışıq. Bununla bağlı fəaliyyətimiz davam edir və müştərilərimizin məhsulla kifayət qədər təminatı üçün şirkət olaraq, daim axtarışdayıq”.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















