Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqlayıb
“Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etməyib, ancaq konkret yazılı sənəd hazırlandıqdan sonra növbə ona çatacaq”.
“İnterfax” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin heç vaxt belə görüşdən imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür, lakin bunun baş tutması üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd. Sonra belə bir görüşün növbəsi gələcək”, - deyə o bildirib.
Jurnalistin “Minsk razılaşmaları üzrə 7 illik təcrübənin olduğunu nəzərə alaraq, bu sənədin həyata keçiriləcəyinə inam varmı” sualına cavabında Peskov deyib: “Bizim bu təcrübəmiz var, onu xatırlayırıq, çox yaxşı xatırlayırıq və buna uyğun hərəkət edirik. Əminəm ki, hərbi əməliyyatımızın məqsədləri tam şəkildə həyata keçiriləcək.
Ümid edirəm ki, Rusiya-Ukrayna danışıqları baxımından aparılan gərgin səylər nəticəsində biz də müəyyən sənədin imzalanmasına gələcəyik və bu, vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq”.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
















.jpg)




