Saatlıda Türkiyədən gətirilən heyva növü yetişdirilir - İlk ilində 250 tona yaxın məhsul gözlənilir
Saatlıda Türkiyədən gətirilən “Eşmə” heyva növü yetişdirilir. Hazırda bağda dərmanlama işləri görülür. 2020-ci ildə salınan bağdan cari ildə məhsul götürülməsi planlaşdırılır.
Saatlıda yaz-tarla işlərinə uyğun olaraq əkin sahələrində, həmçinin bağlarda becərmə və qulluq işləri aparılır. Rayonda ilk dəfə olaraq Türkiyədən gəlmə tinglər hesabına salınan intensiv heyva bağında da ağacların dərmanlanması davam edir. Rayonun Qaralar kəndi ərazisində yerləşən bağ 27 hektar ərazini əhatə edir.
Təsərrüfat sahibi Həbib Əhmədov bildirib ki, intensiv bağın salınması üçün əvvəlcə torpaqdan analizlər götürülüb. Bağda tirə üsulu ilə 54 min ting əkilib. Tirə üsulu ilə əkiləndə ağac kökləri qrunt sularından yuxarıda qalır. Həmçinin tinglərin suvarılması üçün damlama suvarma sistemi qurulub. Bağda Türkiyə sortu olan “Eşmə” adlı heyva yetişdirilir. Burada mütəmadi olaraq aqro-kimyəvi qulluq işləri aparılır. Ziyanvericilərə qarşı, həmçinin sağlam məhsul əldə etmək üçün yemləmə gübrələrindən istifadə edilir. Eyni zamanda, bağda budama işləri də görülür. Ağacların üzərində olan artıq budaqları götürülərək seyrəltmə aparılır. Hazırda ağaclar texnika vasitəsi ilə dərmanlanır.
İlk məhsul ilində hər ağacdan 5-8 kiloqram məhsul götürülməsi planlaşdırılır ki, bu da ümumilikdə 250 tona yaxın məhsul deməkdir. Növbəti ildə isə ağacların barvermə qabiliyyəti artdığı üçün 400 ton və daha çox məhsul yığılması nəzərdə tutulur.
Təsərrüfat sahibi qeyd edib ki, dövlət tərəfindən bağçılığa olan xüsusi diqqət bu sahəyə marağı daha da artırır. Dövlət tərəfindən hər hektara 850 manat subsidiya verilir. Bu vəsaitə lazımi gübrələr alınır və bağda becərmə, dərmanlama, qulluq işləri görülür.
Bağın salınması həm də əlavə iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda bağda 50 işçi daimi olaraq çalışır. Mövsümü işlərlə əlaqədar isə əlavə işçilər də cəlb olunur.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























