İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftənin hadisəsi “NFP” olacaqInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avropa Mərkəzi Bankının iqtisadi hesabatının açıqlanmasından sonra EUR/USD məzənnəsi daha da ucuzlaşıb. Təhlillərə əsasən, ucuzlaşma 1.08$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikadan əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. Qeyri-kənd təsərrüfatı sahələrində məşğulların (NFP) sayında aprel ayında da sürpriz göstəricilər yayımlanarsa, dollar indeksi daha da yüksələ bilər.
GBP.
Eyni texniki mənzərə funt sterlinqdə də müşahidə edilir. Dəstək görən dollar fonunda GBP/USD məzənnəsi yenidə ucuzlaşır və 1.31$-a çata bilər.
TRY.
Foreksdə dolların bahalaşması, özünü USD/TRY məzənnəsində də göstərir. Bu, tendensiyanın 17TL-yə kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Cümə axşamı və cümə günü müvafiq olaraq saat 11:00-da Türkiyədən xarici ticarət dövriyyəsi və sənaye sektorunda biznes aktivliyi indeksi açıqlanacaqdır.
OIL.
Enerji birjalarında təklifin artması ilə Brent 116$-a ucuzlaşıb və korreksiyadan sonra növbəti dəfə qırılması ucuzlaşmanın sürətlənməsinə səbəb ola bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
FED-in sərt monetar siyasətinə davam etməsi, qızılın da ucuzlaşmasına səbəb olur. 1938$-ın (62.3 $/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1922$-a (61.8 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
7 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
7 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























