Ukrayna ətrafındakı vəziyyət "Apple"ı vurdu
Nikkei: Apple Ukrayna ətrafındakı vəziyyətə görə iPhone SE və AirPods istehsalını azaldacaq. Qəzet qeyd edir ki, sanksiyalar tədarük zəncirlərini pozub, həmçinin elektronikaya olan tələbata mənfi təsir edib.Amerikanın “Apple” korporasiyası, Ukrayna ətrafındakı vəziyyət və hərbi əməliyyata görə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə əlaqədar olaraq “iPhone SE” smartfonları və “AirPods” qulaqlıqlarının istehsalına dair proqnozunu aşağı salıb.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinə görə, "iPhone SE" istehsalının ilkin planla müqayisədə təxminən 20% (2-3 milyon) azaldılması planlaşdırılır. Bu il "AirPods" istehsalının isə 10 milyon ədəd azalacağı gözlənilir.
Qeyd olunur ki, sanksiyalar tədarük zəncirlərini pozub, həmçinin elektronikaya olan tələbata mənfi təsir edib.
Bundan əlavə, bazarda yarımkeçiricilərin çatışmazlığı var və görünür, daha da pisləşə bilər. İstehsalın azalmasına səbəb olan digər amil anbarlarda yığılan hazır məhsulların ehtiyatlarını azaltmaq istəyi olub.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 14 d. əvvəl
-
15 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
























