Dövlət Vergi Xidməti yeni Kommunikasiya Strategiyası hazırlayıb
İslahatların həyata keçirildiyi sahələrdə ictimai iştirak artırılacaq.Məlum olduğu kimi, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Prezident sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının biznesə başlama, vergi və hesabtlılıq” üzrə İşçi Qrupun fəaliyyətinə rəhbərlik edir.
İşçi qrupun fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, islahatların aparıldığı sahələrdə ictimai məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən “Biznesə başlama, vergi və hesabtlılıq sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” işlənib hazırlanıb. Strategiya Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət - biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.
Kommunikasiya strategiyası islahatların həyata keçirildiyi sahələrdə ictimai iştirakçılığın artırılması, ekspert cəmiyyətinin cəlb olunması yolu ilə mövcud çətinliklərin həll edilməsi və mütərəqqi yeniliklərin tətbiqi, vergi ödəyicilərinin və cəmiyyətin həyata keçirilən islahatlardan məmnunluq səviyyəsinin artırılması məqsədilə həyata keçirilməli siyasətləri, yanaşmaları, addımları və tədbirlər toplusunu əhatə edir. Sənəd indiyədək həyata keçirilmiş iş planları, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın tövsiyələri nəzərə alınmaqla hazırlanıb.
Kommunikasiya strategiyası kommunikasiya prosesinə cəlb olunan iştirakçıların islahatın mahiyyəti və hədəfləri barədə məlumatlandırılmasına xidmət edir. Sənədin hazırlanmasında əsas məqsəd ortaya çıxan sualların, çətinliklərin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir. İslahatlarla bağlı bütün mərhələlərdə cəmiyyətə məlumatların məqsədyönlü, ardıcıl və effektiv şəkildə çatdırılması vacib şərtlərdən biri olduğu üçün ekspert cəmiyyətinə, habelə özəl sektora islahatların müəyyən edilməsi prosesində iştirak imkanları yaratmaq mühümdür. Bu baxımdan, əsas diqqət qeyd olunan islahatların həyata keçirilməsi zamanı ictimai iştirakçılığın təmin edilməsinə yönəlib. Bu məqsədlə ekspert cəmiyyətini prosesə cəlb etmək, sahibkarların ictimai birliklərinin, vətəndaş cəmiyyəti təşkilatlarının və sahə üzrə mütəxəssislərin prosesdə iştirakını təmin etmək, rəyvermə və əks-əlaqə (feedback) sistemini qurmaqdır.
Strategiya çərçivəsində vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertləri İşçi qrupun işinə cəlb etməklə islahatların dəyərləndirilməsini həyata keçirmək, ekspert cəmiyyətindən təkliflər almaq və onları müzakirəyə çıxarmaq, bu işdə KİV-in və sosial şəbəkələrin imkanlarından istifadə etmək, müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən edilməsinə nail olmaq nəzərdə tutulur.
Sənədlə “Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə 2022-ci il üzrə Kommunikasiya Planı da təsdiq olunub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb




















