Aqrar Sığorta Fondu fermerlərə müraciət etdi
Aqrar Sığorta Fondu hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq ölkədəki fermer və sahibkarlara müraciət edib.
Fond əkin sahələrini sığortalayan fermer və sahibkarları öz sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda fonda müraciət etməyə çağırıb.
«Son günlər hava şəraitinin dəyişməsi, temperaturun aşağı düşməsi, yağıntılar və güclü külək əkin sahələri üçün də təhlükə yaradır. Bununla əlaqədar olaraq fermerləri əkin sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi təqdirdə Fonda müraciət etməyə çağırırıq».
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır.
Artıq belə halların əkin sahələrinə zərəri ilə bağlı ilkin sığorta hadisələri barədə müraciətlər daxil olmağa başlayıb.
«Martın 5-də Qobustan rayonunun müxtəlif ərazilərində güclü külək və qasırğa nəticəsində baş verən qum fırtınası əkin sahələrinə böyük zərər vurub. Bununla bağlı edilən müraciətlər əsasında fondun ekspertləri hadisə yerinə baxış keçirərək zərərin qiymətləndirilməsinə başlayıblar. Hadisələrin araşdırılmasından və zərərin müəyyən edilməsindən sonra fermerlərə ödənişlər ediləcək».
Fond indiyədək əkin sahələrini və təsərrüfatlarını sığorta etməyən fermerləri də aqrar sığortadan istifadə etməyə çağırıb:
«Təbiət hadisələri təsərrüfatlara böyük təhlükə yaradır. Bunun qarşısını almaq və gəlirləri qorumaq üçün aqrar sığortadan faydalanmaq ən sərfəli üsuldur. Qobustan rayonunda baş verən hadisə sığortalı olmayan əkin sahələrinə də böyük zərər vurub. Həmin sahələrin sahibləri zərərə görə kompensasiya ala bilməyəcəklər. Hadisələrin araşdırılması zamanı əkin sahələrini sığorta etməyən fermerlər bundan təəssüfləndiklərini bildiriblər. Gələcəkdə belə halların baş verməməsi üçün əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq kifayətdir».
Aqrar Sığorta Fondu bildirib ki, qarşıdan gələn Novruz Bayramı tətilləri günlərində iş günü olmasa da, Fondun Çağrı Mərkəzi adi rejimdə çalışacaq və hadisələr barədə müraciətləri qəbul edəcək.
Xatırladaq ki, Aqrar Sığorta Fondu 43 növ bitki və məhsulu sığorta edir. Fond əkin sahələrini təbiət hadisələri - dolu, şaxtavurma (donvurma), qasırğa, fırtına, sel-subasma, xəstəlik və zərər vuricilər, eləcə də üçüncü şəxslərin hərəkətlərinin vurduğu zərərdən qoruyur.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








