FAO-dan ərzaq qiymətləri ilə bağlı xəbərdarlıq - Qiymətlər 20 faizədək arta bilər
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ukraynadakı müharibə ilə əlaqədar olaraq yaranacaq tədarük çatışmazlığı səbəbindən beynəlxalq ərzaq və yem qiymətlərinin 8 ilə 20 faiz arasında arta biləcəyini bəyan edib.Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Rusiya və Ukraynanın qlobal kənd təsərrüfatı üçün əhəmiyyəti və iki ölkə arasında davam edən müharibənin kənd təsərrüfatı məhsulları bazarına təsiri ilə bağlı ilkin qiymətləndirmə hesabatını dərc edib.
Marja xəbər verir ki, Rusiyanın ixracının beynəlxalq sanksiyalara görə kəsilə biləcəyi qeyd edilən hesabatda, “İlkin qiymətləndirmə göstərir ki, 2022/23 mövsümündə Ukraynada taxıl, qarğıdalı və günəbaxan becərilməsi üçün istifadə edilən sahələrin 20-30 faizi əkilib-biçilməyəcək",- deyilir.
Kənd təsərrüfatında enerji riskləri də FAO-nun hesabatında yer alıb. Qeyd edilib ki, Rusiyanın qlobal enerji bazarında da mühüm təchizatçıdır və xüsusilə inkişaf etmiş ölkələrdə yüksək enerji tutumlu sektor olan kənd təsərrüfatının münaqişə səbəbilə enerji qiymətlərində kəskin artımdan təsirlənmələri qaçılmazdır.
Qidalanmayanların sayı artacaq
Ukraynadakı müharibə ilə əlaqədar olaraq yaranacaq tədarük kəsiri səbəbilə beynəlxalq qida və yem qiymətlərinin 8-20 faiz arasında arta biləcəyi vurğulanan hesabatda, bunun dünyada qidalanmayan insanların sayını artıracağına diqqət çəkilib.
Hesabatda, Rusiya və Ukraynanın dünyanın ən mühüm kənd təsərrüfatı əmtəə istehsalçıları arasında olduğu və bu ölkələrin qlobal taxıl ixracının üçdə birindən çoxunun reallaşdırdığı, dünya arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini, qarğıdalının 4 faizini təmin etdikləri bildirilib.
FAO həmçinin bəyan edib ki, Rusiya geniş enerji resurslarının üstünlüyü ilə gübrə ixracında dünyada birinci yerdədir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası























