Rusiyadan gedən yüzlərlə yük vaqonu Finlandiyada dayandırılıb
Yle televiziyasının məlumatına görə, Finlandiya tərəfi Rusiyaya gedən mallar arasında sanksiyalar altında olan texnologiyaların olub-olmadığını öyrənir.Finlandiyanın dövlət dəmir yolu şirkəti VR Rusiyadan gələn yüzlərlə yük vaqonu ölkənin müxtəlif şəhərlərində Avropa İttifaqının sanksiyalarına məruz qalan yükləri daşıya bilməsi şübhəsi ilə dayandırıb.
Marja xəbər verir ki, bu barədə cümə günü Yle televiziyası məlumat yayıb.
VR-nin nəqliyyat üzrə kommersiya direktoru Eljas Koistinen Yle-yə deyib: “Hazırda müştərilər və müxtəlif maraqlı tərəflərlə onlarla [yüklə] nə edəcəyimizi müzakirə edirik”.
Televiziyanın məlumatına görə, Finlandiya tərəfi Rusiyaya gedən mallar arasında sanksiyalar altında olan texnologiyaların olub-olmadığını öyrənir.
Məlumata görə, Rusiya ilə Finlandiya arasında dəmir yolu ilə yüklərin daşınması tam dayanmasa da, nəzərəçarpacaq dərəcədə azalıb. Rusiya yükləri praktiki olaraq Finlandiya limanlarından keçmir, çünki gəmiçilik şirkətləri və beynəlxalq logistika şirkətləri onları qəbul etməkdən imtina edirlər.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 6 d. əvvəl
- 18 d. əvvəl
-
19 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 52 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası

















.jpg)







