ABB 5 mükafat qazanıb
(®) Azərbaycan Banklar Assosiasiyası ABB-nin ötən il həyata keçirdiyi bir sıra layihələri mükafatlandırıb. 2021-ci ilin nəticələrinə görə ABB “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə ilin qaliblərindən seçilib.
Xatırladaq ki, ötən il ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində XXXII Tokio Yay Olimpiya və XVI Yay Paralimpiya oyunlarında milli komandalarımızın maliyyə tərəfdaşı olub. Massaçusets Texnologiyalar İnstitutunun (MIT) professoru Conatan Qruberin dünyanın aparıcı universitetlərində tədris olunan “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını Azərbaycan dilində nəşr etdirərək universitetlərə, mərkəzi kitabxanalara hədiyyə edib.
Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və KOBİA ilə tərəfdaşlıq əsasında regionlarda kiçik və orta sahibkarlar üçün maarifləndirici təlimlər keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə 2-ci ABB Regional Hakatonunu uğurla reallaşdırıb. Həmçinin ABB Tech Akademiyasında və ABB İnnovasiya Mərkəzində təhsil və inkubasiya proqramları davam etdirilib. İl ərzində ABB ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı bir sıra önəmli addımlar atıb. O cümlədən tərəfdaşları ilə birgə ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında bank kartları ilə təmassız ödənişlərin tətbiqinə başlayıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 20 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
























