Energetika naziri Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson arasında görüş olub.
Görüşdə enerji bazarlarında mövcud vəziyyət və iki ölkənin enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Enerji bazarlarında sabitlik üçün dayanıqlı həllər kimi təchizatın diversifikasiyasının və karbohidrogen sektoruna diqqət yetirilməsinin vacibliyi qeyd edilib. Cənub Qaz Dəhlizinin töhfələri və genişlənmə perspektivlərindən bəhs edilib. Həmçinin Azərbaycan ilə Böyük Britaniya arasında enerji əməkdaşlığının inkişafında bp şirkəti ilə tərəfdaşlıq əlaqələrinin rolu, şirkətin neft-qazla yanaşı bərpa olunan enerji layihələrində iştirakının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, xarici şirkətlərlə külək və günəş enerjisi layihələrinin reallaşdırılması, həmçinin Xəzər dənizinin külək enerjisi potensialından istifadə istiqamətində görülən işlər də nəzərdən keçirilib.
Görüşdə London şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasından irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























