Qlobal şirkətdən bitki yağı xəbərdarlığı: Qiymətlər yüksək olaraq qalacaq
Kənd təsərrüfatı məhulları üzrə ixtisaslaşan qlobal konsaltinq şirkəti "LMC International"ın məlumatına görə, Ukraynada vəziyyət normallaşmasa, bitki yağlarının qiymətləri artmağa davam edəcək.Qlobal səviyyədə bitki yağlarında ciddi böhran yaşanır.
Marja xəbər verir ki, "LMC International"ın sədri Ceyms Frayın sözlərinə görə, bitki yağlarının qiymətləri yaxın aylarda yüksək olaraq qalacaq. Çünki Ukrayna və Rusiya dünyada iri günəbaxan yağı istehalçılarıdır.
"Qiymətlər aşağı düşməmişdən əvvəl daha da artacaq", - Fray bildirib.
Bitki yağlarında əsl çətinliyin qarşıdakı 6 ayda yaşanacağını qeyd edən Fray, Kanadada yaşanan problemlər səbəbilə kanola yağı istehsalının azaldığını bildirib. Eyni zamanda, palma yağın istehsalında artım olduğuna diqqət çəkib.
Dünyanın ən böyük palma yağı istehsalçısı olan İndoneziyanın daxili bazarda tələbin artması ilə əlaqədar ixracı məhdudlaşdırdığı qeyd edilən açıqlamada, bu vəziyyətin ikinci ən böyük istehsalçı olan Malayziyanın ehtiyatlarını azaldacağı vurğulanıb.
Fray, palma yağı istehsalındakı artımın qlobal bazarlarda günəbaxan yağı kəsirini bağlamağa kifayət etməyəcəyini vurğuladyıb.
“Ukraynada vəziyyət tərsinə dönməsə, qiymətlərdə azalma görmək bizim çətindir”,- "LMC International"ın ədri bildirib. Əgər müharibə dayanmasa fermerlə növbəti mövsüm üçün əkinləri apara bilməyəcəklər. Belə bir ssenaridə günəbaxan yağının daha da bahalaşacağı gözlənilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
-
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 20 d. əvvəl
-
21 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
















.jpg)







