"İnvest-AZ" şirkətinin xalis mənfəəti 10%-ə yaxın artıb
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2021-ci ili 1 milyon 242 min manat xalis mənfəət ilə başa vurub.
Marja Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə "İnvest-AZ"ın xalis mənfəəti 107 min manat və ya 9,4% artıb.
Şirkət 2020-ci ili 1 milyon 135 min manat xalis mənfəət ilə bağlamışdı.
İLLİK CƏMİ GƏLİRLƏRİ 4 MİLYON MANATI AŞIB
Ötən il "İnvest-AZ"ın cəmi gəlirləri 139 min manat və ya 3,5% artaraq 4 milyon 87 min manat təşkil edib. Şirkət 2020-ci ildə 3 miylon 948 min manat cəmi gəlirlər əldə etmişdi. O cümlədən, 2021-ci ildə "İnvest-AZ"ın marja ticarətindən xalis gəlirləri 373 min manat və ya 11% artaraq 3 milyon 746 min manat təşkil edib. Şirkət 2020-ci ildə marja ticarətindən 3 milyon 373 min manat xalis gəlir əldə etmişdi.
CƏMİ AKTİVLƏRİ 14,5 MİLYON MANATDIR
31 dekabr 2021-ci il tarixində "İnvest-AZ" 14 milyon 497 min manat cəmi aktivlərə malik olub, bu, 2020-ci ilin sonu ilə müqayisədə çoxdur. Keçən ilin sonunda Şirkətin nizamnamə kapitalı 2 milyon 255 min manat, cəmi kapitalı isə 3 milyon 842 min manat təşkil edib.
Dünya maliyyə bazarları üzrə geniş çeşiddə xidmətlər təqdim edən "İnvest-Az İnvestisiya Şirkəti" müasir alətləri və peşəkar xidmətləri ilə hər kəsə dünya birjalarında fərqli gəlir əldə etmək imkanı yaradır. İnvestAZ şirkəti müştərilərə dünya birjalarında valyutalar, kriptovalyutalar, qiymətli kağızlar, səhmlər, fond indeksləri və enerji daşıyıcıları ilə ticarət imkanı yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
28 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 48 d. əvvəl
-
52 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı





















