“İri vergi ödəyicilərinin yaratdığı problemləri rəqəmsallaşma ilə də aradan qaldıra bilmirik”
Dövlət Vergi Xidməti iri vergi ödəyicilərinin vergi uçotu ilə bağlı yaratdığı problemlərə aydınlıq gətirib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi Elçin Ağakişiyev deyib.
Onun sözlərinə görə, həmin problemləri bəzən rəqəmsallaşma ilə də həll etmək olmur:
“Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyiciləri iri vergi ödəyiciləridir. Onların mühasibat, uçot sistemləri adətən yaxşı səviyyədə olur. Həmin sistemləri düzgün başa düşülməməsindən və bəzi hissələrin gözdən yayınmasından baş verən problemləri hətta rəqəmsallaşma ilə də aradan qaldıra bilmirik.
Əfsuslar olsun ki, vergi ödəyiciləri mühasibat-uçot sisteminin mövcudluğunu sanki müqavilənin, ödəniş tapşırıqlarının, qaimələrin və təhvil-təslim aktlarının yerində olması ilə bitmiş hesab edirlər. Əslində rəsmi tərəfi belə olsa da onun alt təbəqələri olduqca çoxdur və dərindir.
Misal üçün, istehsal sahəsində səyyar vergi yoxlaması zamanı, yaxud kameral vergi yoxlaması vaxtı qarşılaşdığımız problemlər mühasibat uçotu formal olaraq olmasına baxmayaraq içəridə olan sənədləşməsi, bitməmiş istehsalın qeydiyyata alınması, ara məhsulunun istehsalının qeydiyyata alınması, müxtəlif mürəkkəb istehsal sahələri üzrə materialların, malların hərəkətini əks etdirməsi kimi məsələlərin olmaması ucbatından biz bəzi problemlərlə qarşılaşırıq".
E. Ağakişiyev infrastruktur və yol tikinti sahələrində də oxşar problemlərin olduğunu bildirib: "Belə ki, uzunmüddətli layihələrda məhsullar və malların silgisi daxili sənədlərlə düzgün aparılmır deyə, hər layihənin düzgün mərhələsində hansı miqdarda, hansı materialların silinməsini qeyd etmək bir qədər çətin olur. Eyni zamanda qeyd etmək istəyirəm ki, hazırda dövlət standartları və sənaye standartları, yeni inkişaf edən sahələrdə bəzi müəssisə standartları olmadığına görə bu sahədə həmin alt uçot sənədlərinin bizə çox böyük köməyi ola bilərdi".
KREDİTİ ONLAYN əldə et – 40 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
46 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















