Dövlət Vergi Xidməti ötən il 139 milyon manata yaxın ƏDV-ni geri qaytarıb
2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvəkkil banklar vasitəsilə 138,5 milyon manat əlavə dəyər vergisini (ƏDV) istehlakçılara geri qaytarıb. 2020-ci ildə bu rəqəm 33,4 milyon manat təşil edib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun sahibkarların iştirakı ilə videoformatda keçirdiyi “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda forumda danışıb.
"Ötən il onlayn kassa aparatları ilə dövriyyənin məbləği əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 milyard manata çatıb. Bu artımda "ƏDV geri al" layihəsinin mühüm rolu var. Məqsəd-hədəf baxımından layihə ilə sıx koordinasiya olunmuş bu rəqəmsal həll pərakəndə ticarət və ictimai iaşə sektorunda iqtisadi münasibətləri əhəmiyyətli şəkildə şəffaflaşdırıb, - deyə o, qeyd edib.
Bundan başqa, O.Nəzəlinin sözlərinə görə, yaxın gələcəkdə e-taxes.gov.az portalının yeni versiyasının işə salınması nəzərdə tutulub: "Bu layihə demək olar ki, yekunlaşıb və yaxın vaxtlarda istifadəyə veriləcək, sahibkarlara imkan yaradacaq ki, onlar daha sadə və asan formada əməliyyatlar aparsın. Həmin portal bu vaxta qədər göstərilən xidmətlərlə yanaşı yeni xidmətlər də təqdim edəcək. Həmçinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi"miz (AVİS) yenilənəcək".
KREDİTİ ONLAYN əldə et – 40 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 10 d. əvvəl
-
47 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















