“Avropa İttifaqının Azərbaycana 2 milyard avroluq yardımı yeni imkanlar yaradır”
“Avropa İttifaqının (Aİ) Azərbaycana 2 milyard avroluq maliyyə yardımının ayırması barədə qərarı əməkdaşlıq üçün yeni imkanlar yaradır”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
O, bu barədə rəhbərlik etdiyi qurumun benefisiarı olduğu, Aİ-nın maliyyələşdirdiyi “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələrinin icrasının yekunlaşması ilə bağlı tədbirdə danışıb.
“Bu layihələr hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə hədəflənib. Onların icrasının əksər mərhələsi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etsə də, layihə qrupunun çevik fəaliyyəti nəticəsində nəzərdə tutulan nəticələr əldə edilib. Prinsip etibarilə, layihə tədbirləri KOBİA-nın strateji fəaliyyət istiqamətlərinin əsas elementlərini əhatə edib. Layihələrin məzmunu də kifayət qədər zəngin olub. Burada təlimlər, təcrübə mübadiləsi, tövsiyələr, yeni resursların hazırlanması və s. kimi müxtəlif komponentlər əhatə olunub. Şübhəsiz ki, layihələr KOBİA-nın və digər benefisiar qurumların fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Xüsusən nəzərə almaq lazımdır ki, hazırda ölkəmiz 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə qədəm qoyur. Müxtəlif dövlət qurumlarının və maraqlı tərəflərin iştirakı ilə hazırlanmaqda olan ortamüddətli sosial-iqtisadi inkişafı strategiyası post-münaqişə və post-pandemiya dövründə genişmiqyaslı bərpa-quruculuq işlərini, dayanıqlı artım mənbələrinin şaxələndirilməsi və innovativ həll yollarının geniş tətbiqi elementlərini əhatə edir. Şübhəsiz ki, layihənin nəticələri və artırılmış potensial qarşıda duran hədəflərin icrasının dəstəklənməsinə də xidmət edəcək. Ümidvaram ki, Aİ ilə formalaşmış müsbət və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təcrübəsi bundan sonra da davam edəcək. Qarşıdakı dövrlərdə birlikdə yeni təşəbbüs və layihələr həyata keçiriləcək”, - deyə O.Məmmədov qeyd edib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
"Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























