Qızılda "Putin bahalaşması"
Rusiya prezidenti Vladimir Putinin Ukraynada gərginliyi artıran qərarlarından sonra qızılın qiyməti yenidən 1900 dolları keçərək, təxminən 1 ilin ən yüksək səviyyəsinə çatıb.
Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı separatçı qüvvələri tanımasından sonra qızılın qiyməti yenidən 1900 dolları ötüb.
Marja xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Putin çıxışında Kiyev administrasiyasının Donbasda hərbi qərardan başqa heç bir qərarı tanımadığını qeyd edərək, “Bu kontekstdə "Donetsk Xalq Respublikasının" və "Luqansk Xalq Respublikasının" "müstəqilliyini" tanımaq üçün çox gec də olsa bir qərar qəbul etməyi zəruri hesab edirəm”,- bildirib.
Putinin qərarı qlobal bazarlarda risk iştahını aşağı salsa da, "təhlükəsiz sığınacaqlara" olan tələbləri artırıb. ABŞ-da Nasdaq 1,23 faiz, S&P 500 isə 0,72 faiz ucuzlaşıb. ABŞ fyuçersləri isə daha kəskin itkilərə malikdir.
Ötən həftənin sonuna doğru geosiyasi risklərin artması ilə qızılın unsiyası uzun müddətdən sonra ilk dəfə 1900 dolları keçmişdi. Ukraynadakı gərginliyi aşağı salan xəbərlərin ardından həftəyə 1893 dollar səviyyəsində başlayan qiymətli metal çərşənbə axşamı yenidən bahalaşıb və hazırda unsiyası 1908 dollar ətrafında alınıb-satılır.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər
-
-
1 saat əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
1 saat əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən 3 dəfə sürətli artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Metro və avtobuslarda gediş haqqları artırıldı
Ən çox oxunanlar

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

Bank sektorunda son vəziyyət

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
