“İş adamı Maqsud Mahmudova 100 min manatlıq qızıl verdim”
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.
Zərərçəkmiş qismində ilk olaraq uzun illər gömrük sistemində çalışmış İlham Kərimov ifadə verib.
İ.Kərimov bildirib ki, təqsirləndirilən şəxs 57 min manat verəcəyini deyərək, ondan 32 ədəd qızıl beşlik sikkə alıb. O, bu günə qədər nə pulunu, nə sikkələri geri ala bildiyini deyib: "Maqsud Mahmudovu 10 ildən artıqdır tanıyıram. Buna görə etibar edib razılaşdım. Əvvəl söz verdi ki, bir ay ərzində pulu ödəyəcək. Sonra da eşitdim ki, Ukraynaya gedib. Mən verdiyim sikkələri tələb edirəm".
Maqsud Mahmudov zərərçəkmiş şəxsin ifadəsi ilə razılaşmayıb.
Təqsirləndirilən şəxs bildirib ki, həmin qızıl beşlikləri əvvəl verdiyi brilyant tapança ilə əvəz edib: "Ondan beşlikləri almazdan üç gün əvvəl görüşümüz oldu. Həmin vaxt İlhama 28 min manatlıq tapança verdim, bununla da əvəzləşmiş olduq".
Zərərçəkmiş şəxs Maqsud Mahmudovun dedikləri ilə razılaşmayaraq həmin söhbətin bu məsələyə aidiyyəti olmadığını deyib.
Daha sonra zərərçəkmiş qismində qızıl alış-verişi ilə məşğul olan şirkətdə işləyən Məzahir Ağayev ifadə verib. O, Maqsud Mahmudovun ona 100 min manat borcu olduğunu bildirib: "Həmin vaxt kirayədə yaşayırdım, şəxsi evimin olmaması yaralı yerim idi. Maqsud da boş damarımı tutdu, 100 min manatlıq qızıl verdim. Birlikdə danışığımız əks olunmuş videogörüntü də var. Bu günə qədər də pulu ala bilməmişəm".
Maqsud Mahmudov zərərçəkmiş şəxsin ifadəsinin doğru olmadığını bildirərək Məzahir Ağayevə mənzil verdiyini deyib.
Proses fevralın 21-də davam etdiriləcək.
Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş kimi tanınıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






