“Veysəloğlu” Dövlət Xidmətinin məlumatına aydınlıq gətirdi
" Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci ilin yanvar ayından etibarən Qrupumuza aid şirkətlərdə sənəd dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki texniki ləngimələr olub".
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) bu gün “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırılması barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən mediada yayımlanmış məlumata dair açıqlama yayıb.
Şirkətdən “Marja”ya daxil olmuş açıqlamada deyilir:
"-Şirkətlər Qrupumuz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin digər dövlət orqanları və media ilə şəffaf, səriştəli ünsiyyətə və əməkdaşlığa davam edir.
-Şirkətlər Qrupumuz hər zaman daxil olan sorğu və müraciətləri operativ və dolğun şəkildə cavablandırmağa hazırdır.
- Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci ilin yanvar ayından etibarən Qrupumuza aid şirkətlərdə sənəd dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki texniki ləngimələr olub.
-Şirkətlər Qrupumuz göndərilən sorğuda tələb olunan məlumatların bir qismini 16 fevral tarixində təqdim edib.
- Şirkətlər Qrupumuz artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi cavab ünvanlayıb və yaxın gələcəkdə həmin sorğuda qeyd edilən digər suallara cavabı sənəd və məlumatlarla birgə təqdim etmək öhdəliyini götürüb.
Onu da qeyd edək ki, Şirkətlər Qrupu olaraq, biz marketlərimizdə qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə “Veysəloğlu Pərakəndə İndeksi”ni hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq. Bu indeks alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir. Ölkə iqtisadiyyatına verdiyimiz dəyər, əhalinin ərzaq təminatı ilə bağlı missiyamız, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və şəffaf fəaliyyətimizin bariz nümunəsidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
6 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
